PDF Oxu

İqtisadiyyat

  • 25

"Azərbaycanın beynəlxalq yükdaşımalarda rolu artacaq" AÇIQLAMA

"Azərbaycanın beynəlxalq yükdaşımalarda rolu artacaq" AÇIQLAMA

"Rusiya və Türkiyə arasındakı gərgin münasibətlər Azərbaycan üçün yeni bir bazar açacaq". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov Türkiyə və Rusiya arasındakı gərgin münasibətlərin Azərbaycana olan təsirindən danışarkən deyib.Türkiyənin Azərbaycanla olan tarixi münasibətlərinə toxunan ekspert bu dövlətlər arasındakı gərgin vəziyyətin Azərbaycana heç şübhəsiz təsir edəcəyini bildirib: "Azərbaycan bu iki ölkə arasındakı münasibətlərin yaxşı olmasına maraqlıdır. Çünki həm Türkiyə, həm də Rusiya Azərbaycan üçün strateji müttəfiqdir. Bu baxımdan Türkiyə və Rusiya arasındakı münasibətlərin gərginləşməsi Azərbaycanın maraqlarına uyğun deyil.Çünki Azərbaycan bölgədə sülhün və stabilliyin qorunmasının tərəfdaşıdır".Bu gərgin münasibətlərin Azərbaycan iqtisadiyyatına olan təsirlərindən danışan iqtisadçı Rusiya və Türkiyə arasındakı münasibətlərin Azərbaycan üçün yeni bir bazar açdığını vurğulayıb: "Türkiyənin ixrac etdiyi ərzaq və kənd təsərrüfatı məhsullarının 20 faizi Rusiyaya gedir. Bu o deməkdir ki, Türkiyənin ixrac etdiyi hər 100 dollarlıq ərzaq məhsulunun 20 dolları Rusiya bazarına satılır. Lakin artıq həmin 20 faiz məhsul Rusiyaya getmir və Rusiya bazarında bir boşluq yaranıb. Həmin bu boşluğu Azərbaycan fermerlərinin doldurma imkanı yarana bilər. Bu baxımdan Rusiyada Azərbaycan kənd təsərrüfatı ixracatının artacağı gözlənilir".Hazırkı Rusiya-Türkiyə münasibətlərinin Azərbaycan turizminə də təsir edəcəyini qeyd edən Vüqar Bayramov otellərimizin gün ərzində 37 min rus turist qəbul edə biləcəyini vurğulayıb: "İl ərzində Rusiyadan Türkiyəyə gedən turistlərin sayı 4 milyon yarımdan çoxdur. Azərbaycanın bütün otellərinin gücü isə bir gündə 37 min turist qəbul etməyə kifayət edəcək. Hələlik ölkəmizin çoxsaylı turist cəlb etmə imkanları yoxdur. Lakin mövsümlə əlaqədar rusiyalı turistlərin bir qisminin Azərbaycana gəlməsi istisna edilmir".Onun sözlərinə görə, Azərbaycan bölgədə xüsusilə də Avropa və Asiya arasında körpü rolunu oynaya bilər: "Bu da onu göstərir ki, Azərbaycanın beynəlxalq yükdaşımalarda rolu artacaq. Azərbaycanın tranzit haqqı olaraq beynəlxalq yükdaşımalardan gəlirinin artmasına səbəb olacaq".

sia.az

Digər xəbərlər