PDF Oxu

İqtisadiyyat

  • 28

Qabil Hüseynli: “Müharibə adətən xırda hadisələrdən başlayır" AÇIQLAMA

Qabil Hüseynli: “Müharibə adətən xırda hadisələrdən başlayır" AÇIQLAMA

"Müharibə adətən xırda, o qədər də əhəmiyyət kəsb etməyən hadisələrdən başlayır. Ancaq Türkiyə Rusiya gəmisinin təcavüzkar niyyətlərinə cavab vermədi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, hadisənin şişirdilmədiyini qeyd edib: "Rusiya tərəfi bildirir ki, gəmilər toqquşa bilərdilər. Amma elə bir ehtimal olmayıb. Hərə öz marşrutu ilə hərəkət edib. Sadəcə olaraq Rusiya gəmisi Türkiyə gəmisinə sataşdı. Amma bu məsələ şişirdilmədi. Türkiyə tərəfi bunun üçün nota da vermədi. Rusiya tərəfi isə bəyanat yaydı ki, guya Türkiyə gəmisi marşrutunu itirərək, onların gəmisinin üstünə gəlib və xəbərdarlıq atəşi açılıb".Politoloq deyib ki, Rusiya və Türkiyə arasında dövlətlərarası münasibətlər qaydasına düşməsə, müharibə başlaya bilər: "Əgər danışıqlar prosesi başlanmasa və nizamlanma prosesinə çevrilməsə, belə xırda hadisələr toplanaraq qarşıdurmaya gətirib çıxara bilər. Fakt odur ki, hər iki tərəf müharibədən qaçır. Çünki bu, gözlənilməz nəticələrə gətirib çıxara bilər".

sia.az

Digər xəbərlər