Bu ilin noyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 3,7 faiz bahalaşıb. Heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində isə dəyişiklik müşahidə olunmayıb.Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz bahalaşıb. Birillik bitkilərdən xiyar, pomidor, quru ot, soğan, kartof, ağ turp və sarımsağın istehsalçı qiymətlərində bahalaşma, kələm, balqabaq və yerkökünün istehsalçı qiymətlərində isə ucuzlaşma qeydə alınıb. Digər birillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.Ay ərzində çoxillik bitkilərdən əzgil, xurma, heyva və narın istehsalçı qiymətləri ucuzlaşıb, fındıq və qozun istehsalçı qiymətləri bahalaşıb, digərlərinin isə qiymətləri sabit qalıb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...