PDF Oxu

İqtisadiyyat

  • 28

Azərbaycanda devalvasiya gözlənilmir

Azərbaycanda devalvasiya gözlənilmir

İqtisadçılar 2016-ci ildə ölkə iqtisadiyyatının böyük sınaq qarşısında qalacağını hesab edirlər

Qarşıdakı 3 ildə ölkəmizdə makroiqtisadi gözləntilər sırasında manatın dəyəri - onun devalvasiyaya uğrayıb-uğramayacağı maraq kəsb edən məsələlərdəndir. Belə ki, bəzi iqtisadçılar 2016-ci ildə ölkə iqtisadiyyatının böyük sınaq qarşısında qalacağını iddia edirlər. Bir sözlə, ölkə başçısının da dediyi kimi 2016-cı il iqtisadiyyat üçün asan il olmayacaq.

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi müəyyən qədər Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir: "2016-ci ildə əsas faktor neftin dünya bazarında qiyməti olacaq. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi üçün həm iqtisadi, həm də siyasi səbəblər var. Dünya bazarında neft təklifi neftə olan tələbatdan çoxdur. Neftə olan tələbat gündə 95 milyon barreldən azdırsa, neft təklifi gündəlik olaraq 97 milyon barreldən çoxdur. Göründüyü kimi, təklif tələbdən çoxdur. Bu da qiymətlərə təsir göstərir. Bundan başqa Səudiyyə Ərəbistanı qlobal bazarı itirməmək üçün hasilatı azaltmaq niyyətində deyil. İlkin proqnozlara görə mövcud qlobal iqtisadi artım tempini nəzərə alsaq, neft tələbi ilə təklif dəyişməzsə, 2016-cı ilin sonunda bərabərləşə bilər".

Bununla belə V.Bayramov, Azərbaycanda növbəti devalvasiyanın gözlənilmədiyini bildirib: "Əvvəla, bu ilin fevral ayından sonra yaxın zamanlarda yeni devalvasiya olacağı və manatın kəskin ucuzlaşacağı ilə bağlı bir sıra xəbər portallarının manşet xəbərləri valyuta bazarına spekulyativ neqativ təsir göstərməklə yanaşı, vətəndaşlar arasında valyuta yığımları baxımdan süni ajiotaj yaradırdı. Bəzi portalların may ayınadək 1 dollar üçün 5 manat və bəzən hətta 20 manat ödəniləcəyi ilə bağlı əsaslandırılmayan məlumatlar yayması ictimai məsuliyyət baxımdan çox arzuolunmazdır. Mövcud şərtlər daxilində Mərkəzi Bank çalışacaq ki, yaxın aylarda manatı kəskin yumşaltmasın. Milli valyutanın son zamanlar dəyişən məzənnəsi göstərir ki, Mərkəzi Bank, hələlik özü üçün müəyyənləşdirdiyi dəhliz çərçivəsində dəyişəcək. Bununla da, manatın məzənnəsinin necə dəyişəcəyi barədə konkret fikir formalaşmasına əsas yaratmayacaq".

İqtisadçı-ekspert onu da bildirdib ki, gələn ildə neftin dünya bazar qiymətinin yüksəlməsi ehtimalı az, əksinə azalması riski olduqca yüksəkdir. Onun sözlərinə görə, Azərbaycana daxil olan vəsaitlərin həcminə təsir göstərəcək və Azərbaycan ixraçatının azalmasına səbəb olacaq: "Maliyyə naziri dövlət büdcəsini proqnozlaşdıran zaman ssenaridən istifadə etmişdi. Ssenaridə neftin dünya bazar qiyməti 60 daha yüksək, orta ssenari 50 dollar, ən sonda isə neftin dünya bazarında qiymətinin 40 dollar və aşağı olması nəzərdə tutulur. Çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı üçün böhran gözlənilmir".

R.HÜSEYNOVA

Digər xəbərlər