Soyuq Bulaq - Salahlı mənzilində 7,9 km yol əsaslı təmir olunur"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərliyi ilə dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Qurumun mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunacaq. Onun sözlərinə görə, bu gün Soyuq Bulaq - Salahlı mənzilində 7,9 km yolun əsaslı təmirinə başlanılıb. Bildirib ki, təmir işləri bir həftə davam edəcək.Qeyd edək ki, əsaslı təmir işlərini 11 saylı "İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir. Müəssisənin rəisi Xəqani Kazımovun verdiyi məlumata görə, səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.Nəzərinizə çatdıraq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 20 km dəmir yolu əsaslı təmir olunub.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...