PDF Oxu

İqtisadiyyat

  • 29

ABŞ konqresmenlərinin Xədicə İsmayıl sevgisi

ABŞ konqresmenlərinin Xədicə İsmayıl sevgisi

Məlum olduğu kimi, bu günlərdə ABŞ-ın Helsinki Komissiyasında (Avropada təhlükəsizlik və əməkdaşlıq komissiyası) Azərbaycanda məlum cinayətləri ilə əlaqədar olaraq, həbsdə olan Xədicə İsmayılla bağlı dinləmələr keçirilməsi ilə bağlı mətbuatda məlumatlar gedir. Bu, heç də təəccüb doğurmur. Çünki belə bir məqamda X.İsmayıl haqqında fikir bildirmək tam yerinə düşür. Erməni əsilli bu şəxs Azərbaycana, xalqımıza qarşı potoloji nifrətilə seçilir.

Öz gözlərində tiri görməyənlər

Bu gün "insan haqları" ilə bağlı dünyanın əksər ölkələrinə irad tutan bəzi Qərb dövlətləri və onların maraqlarına xidmət edən təşkilatların, görəsən, bu ölkələrin özündə bu sahədə baş verənlərdən, real vəziyyətdən xəbərləri varmı? Və yaxud yaydıqları məlumatların nə qədər əsassız olduğunu dərk edirlərmi? Halbuki indiyə qədər ortaya çıxarılan faktlar konkret olaraq, Qərb ölkələrində insan haqları ilə bağlı ciddi və daha qlobal miqyaslı problemlər olduğunu açıq şəkildə göstərir.

Lakin Qərb siyasilərinin böyük-böyük bəyanatlar verərək, Azərbaycan iqtidarını "haqsız" çıxarmağa çalışır və həyasızlığın son dərəcəsini keçərək Azərbaycan hökumətini hədəfə alan qərəzli bəyanatlar səsləndirirlər. Ancaq 20 ildən çoxdur Azərbaycan Ermənistanın təcavüzünə məruz qalsa da, işğalçı dövlət dünya birliyinə və BMT-yə meydan oxuyur. Azərbaycan illərdir dünyaya haqq səsini, qaçqın və köçkünlərinin səsini çatdırmaq istəyir. Onların nüfuzlu mətbuatı, televiziyaları, insan hüquqlarının "müdafiəsi" ilə məşğul olan təşkilatları isə yüz minlərlə qaçqın və məcburi köçkünümüzün taleyi və pozulmuş insan hüquqları, ermənilərin çoxsaylı vandalizm cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq əvəzinə, hansısa bir qanun pozuntusuna görə həbs olunmuş insana siyasi məhbus adı verib, onun azadlığa buraxılmasını tələb edir. Bunları da əsas gətirib yazırlar ki, Azərbaycanda demokratiya və insan haqları pozulur.

Qanun qarşısında hamı bərabərdir və insan hüquqlarının müdafiəçisi kimi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir

İstər Xədicə İsmayıl olsun, istərsə də onun kimi digərləri, nəyə görə Qərbi bu qədər narahat etməyə başlayıb? Bu sualın cavabı birdir - Azərbaycan get-gedə daha da güclü və qüdrətli ölkəyə çevrilməkdədir. Azərbaycan istər Avropanın, istərsə də dünyanın enerji təhlükəsizliyində əhəmiyyətli mövqe tutaraq bu işin öhdəsindən layiqincə gəlir. Azərbaycan həm də müstəqil siyasət yürüdərək, dünyanın, beynəlxalq aləmin mərkəzinə çevrilib. Bu isə, əlbəttə ki, ilk növbədə illərdir ki, bu üstünlüklərimizin əldə olunmaması istiqamətində milyardalrla pullar xərcləyən erməni lobbisinin maraqllarını alt-üst edir. Bu baxımdan, məhz erməni lobbisinin pulları ilə danışdırılan Qərb diplomatiyası bu dəfə də fiaskoya uğrayacağını artıq anlamağa başlayıb. Görünür, bu səbəbdən də qərəzini daha da aqressiv tona yönləndirib.

Bu gün ABŞ konqresmenləri Xədicə İsmayılın azadlığa buraxılmamasından narahat olduqlarını bildirirlər. O zaman sual edirik: Necə olur ki, torpağımızı işğal edib, yurdumuzu viran qoyan, millətimizə qarşı soyqırımı aktları törədən terrorçu dövlətin nümayəndəsi ilə Ermənistanda üz-üzə əyləşib düşmən çörəyi yeyəndə, istər Leyla və Arif Yunuslar, Xədicə İsmayıl və digər ünsürlər kreslolarda rahat otura bildi, amma vergidən yayınanda, dələduzluq edəndə, "oturmaq qabiliyyətini" itirdi? Maskaları yırtılan, mənəviyyatını pula satanlar niyə məhkəmədə günahsız olduqlarını sübut edə bilmədilər? Edə də bilməzdilər, çünki gördükləri işlərin hamısı cinayət tərkiblidir və buna görə də aldıqları cəzanı çəkməlidirlər! İstər ABŞ konqresmenlərin, istərsə də "Human Rights Watch" kimi təşkilatların da onların müdafiəsinə qalxması hər kəsə bəllidir. Axı Leyla və Arif Yunus, X.İsmayıl kimi donosçular əllərindən çıxacaq və Azərbaycanla bağlı çirkin kampaniyalarını davam etdirmək üçün yeni "Leyla- Arif Yunuslar, Xədicə İsmayıl" yaratmaq çətin olacaq onlara!

Azərbaycan xalqı artıq hər şeyi görür və kimin kimə "xidmət" etdiyini gözəl anlayır. Azərbaycan ictimaiyyətinə bəllidir ki, ölkəmizə qarşı davam edən ikili standartlar prinsipi məqsədyönlü şəkildə həyata keçirilir və o yerdə ki, ikili standartlar mövcuddur, orada ədalət yoxdur! Bu səbəbdən də Azərbaycan daim şər-böhtana obyektiv, ədalətli və hüquqi müstəvidə cavab verir və bu siyasət bundan sonra da davam etdiriləcəkdir.

R.HÜSEYNOVA

Digər xəbərlər