PDF Oxu

İqtisadiyyat

  • 20

SOCAR Tbilisidə yeni xidmət mərkəzi açıb

SOCAR Tbilisidə yeni xidmət mərkəzi açıb

Dekabrın 25-də Gürcüstanda fəaliyyət göstərən "SOCAR Georgia Petrolium" şirkəti Tbilisinin Vake rayonunun Çolokaşvili küçəsində yeni xidmət mərkəzini açıb. SOCAR-dan SİA-ya verilən xəbərə görə, iki böyük xidmət mərkəzinin birləşməsi nəticəsində yaradılmış mərkəzdə müştərilərə universal operatorlar xidmət göstərəcəklər. "SOCAR Georgia Petrolium"un məqsədi hər bir müştəriyə fərdi yanaşmanı təmin etmək, xoş atmosfer yaratmaq və yüksək keyfiyyətli xidmət göstərməkdir. Ötən il ərzində şirkətdə əhəmiyyətli dərəcədə dəyişikliklər baş vermiş, məhsulun və xidmətin keyfiyyəti yüksəlib.

sia.az

Digər xəbərlər