Kənd Təsərrüfatı Nazirliyi bayramla əlaqədar satış yarmarkası təşkil edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, kənd təsərrüfatı məhsullarından ibarət satış yarmarkası Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Sumqayıt şəhərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi daşıyır.İlk yarmarka 29 dekabr 2015-ci il tarixində Sumqayıt şəhəri, Avtovağzalın ərazisində təşkil olunub. Yarmarka mütəmadi və davamlı olaraq keçiriləcək.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...