2015-ci ildə Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 2014-cü illə müqayisədə 0,2 milyard kubmetr artaraq 18,9 milyard kubmetr olub.AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident Rəhman Qurbanov "naturalgaseurope.com"a müsahibəsində məlumat verib. O bildirib ki, keçən il "Şahdəniz" yatağından təbii qaz və "Azəri-Çıraq-Günəşli" yataqlarından isə səmt qazın hasilatı artıb. 2015-ci ildə "Şahdəniz" yatağından 9,9 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub. Azərbaycanda isə ümumilikdə qaz hasilatı 29,4 milyard kubmetrə çatıb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...