"İlk olaraq qeyd edək ki, 2015-ci il asan il olmadı. Qlobal maliyyə böhranı, dünyada baş verən proseslər həm siyasi və həm də iqtisadi cəhətdən ölkəyə ciddi təsirlərini göstərdi. 2016-cı ildə olacaq proseslər 2015-ci il təsirləri ilə formalaşacaq. Təbii ki, müsbət məcrada yox". Bunu SİA-ya iqtisadçı Nicat Hacızadə deyib.Onun sözlərinə görə, 2015-ci ildə cənab Prezident İlham Əliyev yetərincə iqtisadi islahatlar keçirdi və 2016-cı ildə də mütləq olaraq islahat ili olacaq: "Nəzərə alsaq ki, qeyri-neft sektorunun inkişafı zəruridir, ölkəyə xarici investisiyalar gəlinməlidir. O zaman həm struktur, həmçinin inhisarçılıq meyilləri tamamilə aradan qaldırılmalıdır. Proqnozum budur ki, ölkə Prezidenti bu il tam sərt şəkildə iradəsini ortaya qoyacaq. Bu il həm də bir sıra inhisarçılar və vicdansız məmurların son ili olacaq və bu sərt şəkildə olacaq. Çünki son çıxışlarında ölkə Prezidenti inhisarçılıq hallarını dəfələrcə vurğuladı və kəskin şəkildə aradan qaldıracağını bildirdi".N.Hacızadə əlavə edib ki, ikinci növbədə ölkəmizin insan haqları ilə bağlı ikili standartlarla yanaşan reytinq agentliklərində mövqelərimiz düzəlməlidir: "Səbəb azad məhkəmə, mülkiyyət toxunulmazlığı ilə təəssüfki reytinqimiz aşağıdır və bu hal xarici investorların ölkəyə gəlməsi, ölkəyə valyuta axının sürətlənməsi istiqamətində çox vacibdir. 2016-cı ildə biz çalışmalıyıq ki, həm xarici investorlar ölkəyə xarici valyuta gətirsinlər, həm çinin yerli sahibkarlarına şərait yaradılmalıdır ki, ixrac potensialını artırsınlar. Xarici valyuta dedikdə dollar və avrodan söhbət gedir. Çünki bizə Rus rublunun gəlməsi sərf etmir və gəlsə belə dəyişəcək bir şey olmayacaq. Manat həmçinin nisbəti avro və dollara əsasən bazarda müəyyənləşir. Bundan əlavə hesablamalar göstərir ki, ən azından ölkəyə 15 milyard dollardan çox xarici valyuta gəlməlidir ki, manatın kursunu biz bir qədər möhkəmlənməsinə şərait yarada bilək. Çünki bizdə formal üzən məzənnədir.Sonda bu il üçün tam artım yox, əlimizdə olan ehtiyatlardan səmərəli istifadə etmək, şəffaflığı maksimum dərəcədə artırmaq və uzun müddətli investisiya layihələrinə getmək lazımdır".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...