Azərbaycan Rabitə və Yüksək Texnologiayalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində (DRİ) 478 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. DRİ-dənSİA-ya verilən xəbərə görə, bu, yanvarın 1-nə olan qeydiyyat göstəricisidir.Bundan 70 istifadəçi dövlət, 338 istifadəçi kommersiya, 31 istifadəçi xarici təşkilat və 39 istifadəçi isə fiziki şəxslərdir. Qeyd olunur ki, 2015-ci il ərzində 9 047 ədəd radioelektron vasitəsi (REV) DRİ-də qeydiyyata alınıb. DRİ-də qeydiyyatda olan REV-in ümumi sayı 49 688 ədəd təşkil edir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...