PDF Oxu

İqtisadiyyat

  • 17

Zaqatala rayonunda ət, süd və yumurta istehsalı artıb

Zaqatala rayonunda ət, süd və yumurta istehsalı artıb

"Kənd təsərrüfatı ili"ndə Zaqatala rayonunda heyvandarlıq məhsulları istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. Belə ki, 2015-ci il ərzində rayonda diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 174 ton artaraq 8 min 894 ton olub. Həmin müddətdə 43 min 169 ton süd istehsal olunub ki, bu da 2014-cü illə müqayisədə 225 ton çoxdur. Yumurta istehsalı isə 249 min ədəd artaraq 21 milyon 237 min ədədə çatıb.Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib. Qurumdan bildiriblər ki, heyvandarlıq məhsulları istehsalının dinamik artımında cins maldarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər mühüm rol oynayıb.2015-ci ildə rayonun şəxsi və fermer təsərrüfatlarında 5 min 496 baş inək və düyə süni yolla mayalandırılıb və 4 min 400 baş cins buzov alınıb.

AZƏRTAC

Digər xəbərlər