"Mərkəzi Bankın yeni addımına görə, şəxsiyyət vəsiqəsi olmadan bir müştəriyə yalnız 500 dollar satıla bilər. Bu addımla Mərkəzi Bank dollara olan tələbi inzibatı yolla tənzimləməyə və öz valyuta ehtiyatlarına qənaət etməyə çalışır. Amma kifayət qədər kiçik məbləğin limit kimi seçilməsi valyuta satışında ciddi çətinliklər yaradacaq". Bu fikirləriSİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.Ekspert bildirib ki, şəxsiyyət vəsiqəsi ilə dolların satılması valyutadəyişmə məntəqələri üçün əlavə zaman alacaq və bu onların işini çətinləşdirəcək: "Nəticədə valyutadəyişmə məntəqələrinin qarşısında uzun növbələr yaranacaq. Bu qərarın icrasında ən böyük risk "qara bazarın" yaranması ilə bağlıdır. Şəxsiyyət vəsiqəsi və ya növbəyə dayanaraq dollar almaq istəməyənlər "qara bazar"da daha yüksək kursla valyuta almaq məcburiyyətində qala bilərlər. Çünki qeydiyyatsız valyuta almaq istəyənlər qeyri-leqal yollar axtaracaq. Şəxsiyyət vəsiqəsi ilə dolların satılmasının 500 dollar deyil, daha yüksək məbləğdə olması daha məqsədəuyğun idi. Xarici valyutaya tələbin hər gün artdığını nəzərə aldıqda Mərkəzi Bankın 500 dollarlıq limiti seçməsi zənmnimcə doğru qərar deyil. Xarici valyutaya tələb yüksək olduğu üçün ən azı 5000 dollardan artıq valyutanın alınmasına görə şəxsiyyət vəsiqəsinin tələb olunması daha məqsədəuyğun olardı".Vüqar Bayramov onu da qeyd edib ki, bu addımdan sonra qara bazarın yaranmaması üçün Mərkəzi Bank valyutadəyişmə məntəqələrini və bankları xüsusi avadanlıqla təmin etməlidir: "Ona görə ki, şəxsiyyət vəsiqəsi ilə dollar alışı vaxt aparmasın. Bir sıra inkişaf etmiş ölkələrdə şəxsiyyət vəsiqəsi ilə dollar satışı həyata keçirilir amma şəxsiyyət vəsiqəsini xüsusi avadanlığa yaxınlaşdırmaqla onu qeydə alır. Bu da qısa zamanda elektron formada məlumatın hazırlanmasına səbəb olur. Prosesin elektronlaşmasına ehtiyac var ki bu növbələrin və ajotajın yaranmasına səbəb olmasın".İqtisadçı ekspert Mərkəzi Bankın kommersiya banklarına xarici valyuta məzənnələrini müstəqil şəkildə müəyyənləşdirmək hüququ verdiyini də bildirib. V.Bayramov qeyd edib ki, bununla da Mərkəzi Bank əslində tələb artdığı halda manatın ucuzlaşmasına start verdi: "Düzdür Mərkəzi Bank bununla həmçinin "qara bazarın" qarşısını almağa çalışır. Amma reallıq bundan ibarətdir ki, bu artıq manatın dollara nisbətən daha da ucuzlaşması mesajıdır".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...