PDF Oxu

İqtisadiyyat

  • 32

Mingəçevir regional elektrik şəbəkəsində təmir işləri aparılıb

Mingəçevir regional elektrik şəbəkəsində təmir işləri aparılıb

"Mingəçevir" Regional Elektrik Şəbəkəsi Müəssisəsində ötən ilin son üç ayında müvafiq tədbirlər həyata keçirilib. Mingəçevir və Naftalan şəhərlərinin, Bərdə, Yevlax, Ağdaş, Tərtər, Ağdam, Ağsu, Ucar, Göyçay, Goranboy rayonlarının inzibati ərazilərində yerləşən elektrik verilişi xətlərində və yarımstansiyalarda cari və əsaslı təmir işləri aparılıb."Azərenerji" ASC-dən AZƏRTAC-a bildirilib ki, müəssisənin balansına aid olan 110 kilovoltluq (kV) "Bərdə" yarımstansiyasında, həmçinin "Bərdə" hava xətlərində təmir işləri yerinə yetirilib. Eyni zamanda 110 kV-lik "Şəhər" yarımstansiyasında müvafiq işlər görülüb.Qeyd edək ki, bu dövrdə 220 kV-lik "Qəbələ" və 220 kV-lik "Ağsu" yarımstansiyalarında müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Analoji işlər müəssisənin balansına aid olan 110 kV-lik "Yevlax", "Ucar", "Veyisli", "Ağcabədi", "Xalac" və 35 kV-lik bir neçə yarımstansiyasında da icra olunub.

AZƏRTAC

Digər xəbərlər