İqtisadçı: "Əhali "Azadlıq" qəzetində yazılanları ciddiyə almır"
Demək olar ki, hər gün "Azadlıq" qəzetində Azərbaycan iqtisadiyyatının batacağı, büdcədə kəsirin yaranacağı, inflyasiyanın böyük iki rəqəmlə müşahidə olunacağı, əhalinin böyük sosial problemlərlə üzləşəcəyi, maaşların və pensiyaların azaldılacağı ilə bağlı yazılar dərc olunur. Əgər "Azadlıq"da yazılanlara inansaq, Azərbaycan çoxdan çökməli və ölkədə bütün həyat iflic olmalı idi. Xüsusilə də, bütün dünyada gedən prosesin tərkib hissəsi olaraq, Azərbaycanda da müşahidə olunan devalvasiyadan şou düzəltməklə radikal müxalifətçilər insanlarda çaşqınlıq yaratmaq, insanları təxribatlara çəkmək məqsədini güdürlər.
Qəzetin onlayn versiyasında "Dünya bankından proqnoz: Azərbaycan iqtisadiyyatı batır" başlıqlı yazı nə qədər diqqətçəkən görünsə də, yazını oxuyandan sonra bu iddianın heç bir əsasının olmadığı ortaya çıxmış olur. Sitat: "ABŞ Mərkəzi Bankının baza faiz dərəcəsini artırması Qafqaz ölkələrinin maliyyə-krdit siyasətinin yeni reallıqlara adaptasiyasını çətinləşdirir. Eyni zamanda, bu ölkələr üçün daha az xərclərlə borclanma, bank sektorundakı problemlərin həlli imkanlarını məhdudlaşdırır. Bankların problemləri aktivləri, bank sisteminin dollarlaşması narahatçılıq üçün əsas yaradır. Bu problemlərin həlli üçün repkapitalizasiya, yaxşı idarəetmə, nəzarət və monitorinq sistemlərinin təkmilləşdirilməsi istiqamətində tədbilər görülməsi zəruridir". Eyni zamanda, Dünya Bankı region ölkələri üçün struktur islahatlar aparılması, dövlət xərclərinin azaldılması və iqtisadi inteqrasiya proseslərinin genişləndirilməsini tövsiyə edir. Əslində, bu hal bütün ölkələrdə mövcuddur. Azərbaycanın da müəyyən çətinliklər içərisində olduğu qəbulediləndir. Lakin Dünya Bankının da açıqladığı hesabatda göründüyü kimi, heç nə gec deyil. Problemlərin həlli üçün təxirsalınmaz tədbirlərin görülməsi məsləhət görülür. Heç şübhəsiz ki, açıqlanan hesabatlardan "dağılmaq, batmaq" xofu yaratmaq radikal müxalifətin köhnə peşəsidir. Əslində, DB Azərbaycanla bağlı həyəcan təbili çalmır, problemlərin həlli üçün islahatların aparılmasının vacibliyini qeyd edir. Bura xərclərin azaldılmasından tutmuş, struktur dəyişikliklərinə qədər bir çox məsələlər daxildir. Bəli, biz bu gün şahidi oluruq ki, Azərbaycan hökuməti yaranmış problemin həlli üçün, dolların bahalaşması nəticəsində yaranan gərginlyini aradan qaldırılması üçün bütün zəruri addımlar atır. Heç kimdə şübhə doğurmur ki, yaxın zamanda bu istiqamətdə həlli mümkün olan bütün problemlər öz həllini tapacaqdır.
"Azadlıq" qəzetində dərc olunan yazılarda verilən proqnozların nə dərəcədə real olub-olmaması ilə bağlı "SƏS" qəzetinə danışan iqtisadçı-ekspert Ülvi Məmmədov qeyd edib ki, bu qəzet 20 ildir ki, eyni mövqedədir: "Yəni 20 ildir cəbhəçilər deyirlər ki, Azərbaycan çökür, batır. Amma biz nəticədə ölkəmizin daha da çiçəkləndiyini görürük. O ki qaldı Dünya Bankının hesabatına, əslində təkcə Qafqaz ölkələri üçün, ümumilikdə Avropa dövlətləri üçün də bədbin proqnozlar bu hesabatda yer alıb. Eyni zamanda, orada qeyd olunur ki, Çində isə iqtisadi artım aşağı düşəcək və 6,7% təşkil edəcək. Yəni bu gün bütün dünya üçün həssas məqamdır və Azərbaycan bütün bu proseslərdən kənarda qala blməz. Çünki Azərbaycan dünyanın bir hissəsidir. Bunu dərk etmək üçün normal düşünmək lazımdır. Sadəcə, çalışmaq lazımdır ki, yaramış vəziyyətdən minimum zərərlə çıxaq, sosial problemlərin yaranmasının qarşısını alaq. Elə görünən də budur ki, dövlət nə lazımdırsa, onu da edir".
Samir
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...