PDF Oxu

İqtisadiyyat

  • 37

Emin Əliyev: “Təlabat maksimum dərəcədə yerli istehsalla qarşılanmalıdır” AÇIQLAMA

Emin Əliyev: “Təlabat maksimum dərəcədə yerli istehsalla qarşılanmalıdır” AÇIQLAMA

"11 yanvar 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da orta və uzun müddətli strateji hədəflər daha da qabarıq şəkildə müəyyənləşdi". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.Onun sözlərinə görə, Prezidentin başlıca mesaji ondan ibarət olub ki, müəyyən müddət başlanmış və uğurla yerinə yetirilən qeyni-neft sektorunun inkişafı daha da şaxələnməlidir: "İlin yekunlarının statistik göstəriciləri də buna dəlalət edir. Belə ki, qeyri-neft sektorunun ÜDM ümumi artım payındakı göstəricisi 7% təşkil etdi. İstehlak qiymətlərinin artımı məsələsi isə hər zaman ölkə başçısının diqqətində olub".E.Əliyev əlavə edib ki, Azərbaycanda istehsal olunan istehlak malları yuxarıda göstərilən 7% qeyri-neft seqmentinə daxil olduğu üçün onların qiymətinin qalxması bazarda spekulyativ ola bilər: "Bu cür spekulasiyalara, bazarda kartel sövdələşmələrə, haqsız rəqabət aparanlara qarşı İqdisadi İnkişaf Nazirliyinin Antiinhisar Komitəsi mübarizə aparmalıdır. Yerli xam mal əsasında, enerji qiymətlərinin qalxmadığı halda, eyni işçi qüvvəsi sərf olunduğu şəraitdə spekulativ qiymət artımı yolverilməzdir. Lakin xaricdə istehsal olunan malların qiymətlərinin artımı təbii haldır. Bunun da qarşısını almaq üçün təlabat maksimum dərəcədə yerli istehsalla qarşılanmalıdır".

sia.az

Digər xəbərlər