"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Azərbaycanla İran arasında dəmir yolu xətti 2016-cı ilin sonunadək tikiləcək.
Bu sözləri jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il dekabrın 7-də imzaladığı müvafiq sərəncama uyğun olaraq yaxın vaxtlarda bu sahənin tikintisi ilə məşğul olacaq şirkətin müəyyənləşdirilməsi üçün tender elan ediləcək. 2016-cı ilin sonunadək Azərbaycan ərazisində İranla sərhədə qədər yolun çatışmayan 7,5 kilometrlik hissəsi və sərhəddə uzunluğu 100 metr olan dəmir yolu körpüsü tikiləcək.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...