PDF Oxu

İqtisadiyyat

  • 22

“I Gənc Sahibkarlar Forumu” layihəsi reallaşıb

“I Gənc Sahibkarlar Forumu” layihəsi reallaşıb

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə və "IB Club" Gənclərin İnkişaf Mərkəzinin təşkilati dəstəyi ilə "Gənclərin İntellektual İnkişafına Yardım" İ.B. tərəfindən "I Gənc Sahibkarlar Forumu" layihəsi reallaşıb. SİA-nın məlumatına görə, layihənin keçirilməsində məqsəd sahibkarlıq fəaliyyətində uğur qazanmış gəncləri bir araya toplamaq, onların şəbəkəsini yaratmaq, eyni zamanda uğurlu gənclərin böyük auditoriyaya təqdim olunması, onların uğur hekayələrini digər gənclərə çatdırmaqdan ibarət idi.Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin Sədri Seymur Orucov tədbir iştirakçılarını salamlayıb, forumun gedişində gənclərə uğurlar arzu edib. O, çıxışında ölkədə aparılan gənclər siyasətinə, son zamanlarda sahibkarlığın inkişafı yönündə atılmış addımları geniş yer verib və bu prosesin həyata keçirilməsində ölkə Prezidentinə minnətdarlığını bildirib.Sonra çıxış üçün söz Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətova verilib. O, öz növbəsində gənclərin bu kimi təşəbbüslərini yüksək səviyyədə qiymətləndirərək onlara uğurlar arzu edib.Layihə tələbələrin iştirakı ilə, uğurlu gənc sahibkarların öz uğurlu fəaliyyətlərinin təqdimatı ilətamamlanmışdır. Layihədə 100 müxtəlif universitet tələbələri iştirak edib, universitetlərdə, kitablarda oxumadıqları məlumatlara sahib olublar. Spikerlərin illər ərzində qazandıqları uğurların səbəblərini, qarşılaşdıqları çətinliklər haqqında ətraflı və misallarla iştirakçılara təqdimat edilər. Monolit Plazada keçirilən son görüşdə 7 müxtəlif biznes sahəsində uğurlu kommersiya fəaliyyət yollarının təqdimatını edib, auditoriyanı biznes qurmağa ciddi motivasiya ediblər. Rasim Adjalov, Tamerlan İsmayilov, Samir Kərimov, Aytən Əliyeva, Lamiyə Korçiyeva və Gülər xanım sahibkarlıq fəaliyyətlərinin detallarını paylaşıb, sıfırdan biznes qurma yollarını izah ediblər. Kəmaləddin Nəzərli isə biznes idarəçiliyində direktorun rolu və perspektivləri haqqında gəncləri məlumatlandırıb.Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə, bu tipli layihə Gənclərin İntellektual İnkişafına Yardım" İ.B. tərəfindən region gəncləri üçün də təşkil olunub.

sia.az

Digər xəbərlər