"2015-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda 9 yeni neft hasilat və 1 suvarma quyusu qazılıb, geoloji-kəşfiyyat, yeni yataqların kəşfi istiqamətində mühüm işlər aparılıb". SİA-nın məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.Nazir qeyd edib ki, 2014-cü ilin dekabrında Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən strukturlarda birgə geoloji kəşfiyyat işləri başlayıb, "Şəfəq-Asiman" dəniz bloku üzrə seysmik məlumatların interpretasiyası başa çatdırılıb: "Həmçinin, gələcək kəşfiyyat işlərinin mümkünlüyünün müəyyənləşdirilməsi, geoloji və geofiziki tədqiqatların aparılması məqsədilə SOCAR və Almaniyanın "RWE Dea" şirkəti Xəzərdə, Abşeron yarımadasının cənub hissəsinin akvatoriyasında karbohidrogenlərin mövcudluğunun birgə araşdırılması üzrə Saziş imzalayıblar".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...