PDF Oxu

İqtisadiyyat

  • 28

Yeni avtobus deposu istifadəyə veriləcək

Yeni avtobus deposu istifadəyə veriləcək

Yaxın günlərdə Bakıda ictimai nəqliyyatda sərnişindaşınma ilə məşğul olan "BakuBus" MMC-nin yeni avtobus deposu istifadəyə veriləcək. SİA-nın xəbərinə görə, "Koroğlu" metrosu yaxınlığında "BakuBus"ın avtobusları üçün yeni qaraj fəaliyyətə başlayacaq. Şirkətin avtobusları sıxılmış təbii qazla - STQ (CNG - Compressed Natural Gas) işlədiyindən depoda "SOCAR- CNG" MMC tərəfindən STQ stansiyasının tikilməsi də nəzərdə tutulub.Qeyd edək ki, burada inzibati və xidməti binaların da istifadəyə verilməsi planlaşdırılır. "BakuBus"ın ölkəyə tədarük edəcəyi yeni avtobuslar məhz bu depoda yerləşdiriləcəklər.

sia.az

Digər xəbərlər