PDF Oxu

İqtisadiyyat

  • 28

"Əmək haqlarının qaldırılması məsələsinə baxıla bilər" Açıqlama

"Əmək haqlarının qaldırılması məsələsinə baxıla bilər" Açıqlama

"Hökumət təkliflə çıxış etdiyi halda 2016-cı ilin dövlət büdcəsinə yenidən baxıla bilər". Bu sözləriSİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı 2016-cı ilin dövlət büdcəsinin yenidən Milli Məclisdə müzakirəyə çıxarılması bağlı danışarkən deyib.O bildirib ki, bu məsələ Azərbaycan hökumətinin səlahiyyətində olan məsələdir: "Hökumət 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılması haqda təklif irəli sürərsə, o zaman Parlament tərəfindən müzakirəyə çıxarıla bilər. Hələ ki, Milli Məclisin gündəliyində belə bir məsələ yoxdur".Millət vəkili bildirib ki, Milli Məclisin yaz sessiyası çərçivəsində devalvasiya ilə bağlı olaraq yaşayış həddinin qaldırılması, minimum əmək haqlarının qaldırılması kimi məsələlər müzakirə edilə bilər.

sia.az

Digər xəbərlər