PDF Oxu

İqtisadiyyat

  • 18

Hesablama Palatası və DGK arasında sənəd imzalanıb

Hesablama Palatası və DGK arasında sənəd imzalanıb

Azərbaycanın Hesablama Palatası və Dövlət Gömrük Komitəsi arasında razılaşma memorandumu imzalanıb. Hesablama Palatasından SİA-ya verilən xəbərə görə, memorandumun əsas məqsədi Hesablama Palatasına və DGK-yə həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi zamanı məlumat bazasının genişləndirilməsi, məlumatların əldə olunmasında operativliyin təmin olunması və qarşılıqlı fəaliyyətin digər aspektləri baxımından hər iki qurumun fəaliyyətinin əlaqələndirilməsi və əməkdaşlığının gücləndirilməsidir.Memorandum Hesablama Palatasının Strateji İnkişaf Planında müəyyən edilmiş hədəflərə nail olunmasına, hər iki qurumun qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində gömrük orqanlarının xətti ilə yığılması təmin edilən dövlət gəlirlərinin hesablanması və ödənilməsi sahəsində dövlət nəzarəti və hesabatlılığın möhkəmləndirilməsinə, şəffaflığın artırılmasına xidmət edəcək."Sənəd Hesablama Palatası və DGK-nin Azərbaycanın iqtisadi inkişafına yönəlmiş fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun olaraq təmin edilməsi məqsədilə imzalanıb", - deyə məlumatda bildirilib.

sia.az

Digər xəbərlər