PDF Oxu

İqtisadiyyat

  • 24

Gəncədə kənd təsərrüfatı yarmarkası təşkil olunub

Gəncədə kənd təsərrüfatı yarmarkası təşkil olunub

Gəncədə şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə növbəti kənd təsərrüfatı yarmarkası təşkil olunub. Yarmarkada 30-dan çox müəssisə və şirkət alıcılara mövcud bazar qiymətlərindən aşağı ərzaq və kənd təsərrüfatı məhsulları təqdim ediblər.AZƏRTAC xəbər verir ki, yarmarkada un (50 kq) 21 manata, mal əti 5 manata, qoyun əti 6 manata, toyuq əti 2 manat 25 qəpiyə, yumurta 10 qəpiyə təklif olunub.Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev deyib ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkası hər 10 gündən bir mütəmadi təşkil olunacaq. Növbəti yarmarkalarda məhsulların çeşidi daha da artırılacaq.Qeyd edək ki, Gəncə şəhərində kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası yanvar ayının sonunda da təşkil olunacaq.

AZƏRTAC

Digər xəbərlər