PDF Oxu

İqtisadiyyat

  • 28

Qızıl ucuzlaşıb

Qızıl ucuzlaşıb

Yanvarın 18-də ABŞ-da Martin Lüter Kinq günü qeyd edildiyi üçün qeyri-iş günü hesab edilir və bu səbəbdən də fond birjaları işləməyib. Nəticədə, ötən həftəsonu olduğu kimi, Dow Jones indeksi 15 988,08 bənd, S&P 500 1 880,33 bənd, Nasdaq isə 4 488,42 bənd təşkil edib. SİA-nın xəbərinə görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,42% ucuzlaşaraq 5 779,92 bənd, Fransa CAC-40-ı 0,49% azalaraq 4 189,57 bənd, Almaniya DAX-ı isə 0,25% geriləyərək 9 521,85 bənd olub.COMEX-də qızılın bir unsiyasının qiyməti 0,03% ucuzlaşaraq 1 088,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0887 (-0,26%) təşkil edib.

sia.az

Digər xəbərlər