PDF Oxu

İqtisadiyyat

  • 15

Davos İqtisadi Forumu Azərbaycana nə vəd edir?

Davos İqtisadi Forumu Azərbaycana nə vəd edir?

Vüqar Bayramov: "Azərbaycan Davosdan bir tribuna kimi istifadə edərək, ölkəmizə investorları cəlb etməlidir"

"Davos İqtisadi Forumu daha çox bir tribuna rolunu oynayır. Dünyanın aparıcı insanları, müxtəlif ölkələrin prezidentləri, baş nazirləri və iş adamları burada bir araya gəlir. Davos yeganə forumdur ki, həm rəsmiləri, dünya liderlərini, həm iş adamlarını, vətəndaş cəmiyyəti nümayəndələrini bir araya toplamaq imkanına malikdir". Bu fikirləri SİA-ya iqtisadçı ekspert Vüqar Bayramov Davos İqtisadi Forumunu şərh edərkən deyib.Vüqar Bayramov bildirib ki, Davos müzakirələr, müxtəlif ölkələrdən investisiyaların cəlb edilməsi üçün və ölkənin özünün potensialının təqdim edilməsi baxımından olduqca vacib tribunadır: "Hər bir ölkə çalışır ki, həmin tribunadan istifadə etsin. Azərbaycan da birmənalı şəkildə Davosda iştirak etməkdə maraqlıdır. Azərbaycan Davos İqtisadi Forumunda ölkə rəhbəri səviyyəsində iştirak edir. Bu da ölkəmizin DİF-ə verdiyi önəmlə bağlıdır. Davos İqtisadi Forumunda qəbul edilən qərarlar tövsiyyə xarakterlidir və hər hansı hüquqi qüvvəsi yoxdur. Yəni, bu forum iqtisadiyyatda tövsiyyə xarakterli qərarları və meylləri müəyyənləşdirir. Davosun qəbul etdyi qərar, forumda əldə edilən razılaşmalar heç də dünya iqtisadiyyatında tətbiq edilən qərarlar deyil. Düzdür, DİF-in özünün bəyannaməsi, deklorasiyası olur, lakin o konkret qərarlar qəbul etmir".İqtisadçı ekspert qeyd edib ki, DİF-in nəticələri tövsiyyə xarakterli deklorasiya formasında olur: "Ona görə də, Davos İqtisadi Forumunun keçirilməsi dünya iqtiadiyyatında yeni bir mərhələnin başlanması kimi qeyd olunmamalıdır. Bu forumda mövcud iqtisadi vəziyyət qiymətləndirilir və bundan çıxış edərək, dünya iqtisadiyyatında dəyişən meyllərlə bağlı həm biznes adamlarına, həm dünya liderlərinə tövsiyyələr verilir. Hazırkı iqtisadi şəraitdə Azərbaycan və digər iştirakçı ölkələr investisiyaların cəlb edilməsi və iqtisadi tərəfdaşlığın qurulması üçün Davosa bir imkan kimi baxırlar. Burada dünya liderlərinin görüşmək, müzakirə etmək, istər siyasi, istərsə də iqtisadi məsələlərdə diskussiya aparmaq imkanları var. İş adamları ilə aparılan müzakirələr də xarici investisiyaların cəlb edilməsi baxımından vacibdir. O səbəbdən də, əvvəlki illərdən fərqli olaraq, bu dəfə baş tutacaq DİF Azərbaycan üçün daha əhəmiyyətlidir. Çünki, ölkəmizin xarici inbvestisiyaya daha çox ehtiyacı var. Azərbaycan indiki məqamda Davosdan bir tribuna kimi istifadə edərək, iş adamlarını investisiya qoymağa inandırmağa çalışmalıdır. Bu gün Azərbaycan iqtisadiyyatının inkişafı eyni zamanda investisiya qoyuluşlarının həcmindən də asılıdır. Əgər ölkəyə xarici investorları cəlb etmək mümkün olsa, o zaman hazırki problemləri də daha sürətlə aradan qaldırmaq mümkün olar".

sia.az

Digər xəbərlər