Azərbaycanda ötən il informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1642,8 milyon manatlıq xidmətlər göstərib. Bu xidmətlərin 72,6 faizi əhali sektoruna aid olub.Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2014-cü illə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 6,8 faiz artıb. Bu sahədə əldə edilən gəlirin 81 faizi qeyri-dövlət sektorunun payına düşüb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...