PDF Oxu

İqtisadiyyat

  • 16

Bərdədə kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilib

Bərdədə kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilib

Bərdə şəhərində əhalinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib.AZƏRTAC xəbər verir ki, yarmarkada alıcıların və satıcıların rahatlığı üçün lazımi şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Yarmarkaya rayonun kəndlərindən müxtəlif növ ərzaq məhsulları çıxarılıb. Məhsullar bazar qiymətlərindən orta hesabla 20-25 faiz ucuz satılıb.Sakinlər yarmarkanın keçirilməsini rəğbətlə qarşılayıb, məhsulların qiymətlərindən razılıqlarını bildiriblər.

AZƏRTAC

Digər xəbərlər