PDF Oxu

İqtisadiyyat

  • 37

“Qırğızıstan tunelin sonunda işıq olacaqmı?” ekspert rəyi

“Qırğızıstan tunelin sonunda işıq olacaqmı?” ekspert rəyi

"Qırğızıstan üçün yeni elektrik stansiyalarının istismara verilməsi çox vacib, aktual və təxirəsalınmaz məsələyə çevrilib. Rusiyanın isə çoxsaylı vədlərinə baxmayaraq bunu etməyə pulu yoxdur". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.Onun sözlərinə görə, 20 yanvar tarixində Qırğızıstan parlamenti Rusiyanın dövlət şirkətləri ilə ("İnter RAO" və "RusQidro") ölkə ərazisində elektrik stansiyaların tikintisinə dair sazişləri denonsasiya etdi. Səbəb olaraq – Rusiyanın bu layihələri maliyyələşdirmək imkanının olmaması ilə əlaqəlidir. Bununla yanaşı Rusiyanın ümumilikdə Mərkəzi Asiya regionunda iqtisadi rıçaqlardan istifadə edərək xəfif güc göstərmək perspektivi sona çatır".Emin Əliyev bildirib ki, Qırğızıstan üçün yeni enerji layihələrini təxirə salmaq təhlükəlidir: "Bu məntiqnən yeni investorlara ehtiyac vardır. Məsələ nə dərəcədə realdı? Bununla yanaşı iki ciddi risk də mövcuddur. Birincisi – xarici siyasi riskdir. Bəllidir ki, hidro enerji stansiyaların tikintisi qonşu ölkələrin də etirazına gətirib çıxara bilər. Qonşu Özbəkistan üçün Sırdərya çayı strateji əhəmiyyət kəsb edir. Ölkədə veqetasiya sezonunda bu çay vasitəsilə əsas meliorasiya tələbləri ödənilir. İslam Kərimovun açıqlamasına görə Mərkəzi Asiyada elektrik stansiyasının tikintisi hərbi münaqişəyə gətirə bilər (Qırqızstan, Özbəyistandan fərqli olaraq "Putinin Birliyinin" üzvüdür). İkinci risk Qırğızıstanın daxili siyasəti ilə əlaqəlidir. 2010-cu ildə ölkə rejimində dəyişiklik enerji tariflərinin qaldırıldığından sonra baş verdi. Qırğızıstan hökuməti investisiyaları rentabelli etmək üçün tariflərin qaldırılmasına gedəcəkmi? Bu da açıq ikinci sual".O əlavə edib ki, Rusiyanı regionda əvəzliyə biləcək qüvvələr arasında Çin də ola bilər: "Onlar artıq Qırğızıstan enerji sektorunda layihələr start vermişdilər və hal-hazırda Bişkekdəki elektrik stansiyanı rekonstruksiya edirlər. Alternativ güc kimi Səudiyyə də ola bilər. Son zamanlar Qırğızıstan Ərəbistan ilə iqtisadi əlaqələrini genişləndirir. Lakin neftin qiymətinin kəskin aşağı düşməsi onların investisiya imkanlarına da təsir edib. Türkiyə bu ölkədə əsasən tikinti və pərakəndə satış sektoruna pul yatırır. Beləliklə, enerji sektorundakı qlobal dəyişikliklər Rusiyanın xarici siyasətinə korrektələrini edir, mövqelərini məhdudlaşdırır və nüfuz dairəsini kiçildir".

sia.az

Digər xəbərlər