Sərnişinlərin çoxsaylı arzu və təklifləri nəzərə alınaraq, fevralın 1-dən 611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı fəaliyyətə başlayacaq."Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, həmin tarixdən Bakı-Xaçmaz-Keşlə marşrutu ilə işləyən 6803/6804 nömrəli elektrik qatarının fəaliyyəti dayandırılacaq.611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı hər gün saat 20:00-da Bakı-sərnişin stansiyasından yola düşəcək, saat 01:10-da Yalama stansiyasına çatacaq, 03:30-da Yalama stansiyasından yola düşəcək və saat 09:15-də Bakı-sərnişin stansiyasına çatacaq.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...