PDF Oxu

İqtisadiyyat

  • 20

2003-2015: 12 ilin yekunları böyük uğurlarla yadda qalmışdır

2003-2015: 12 ilin yekunları böyük uğurlarla yadda qalmışdır

"2016-cı ildə də heç bir sosial proqram ixtisar edilməyəcək, yeni iş yerləri və sənaye müəssisələri yaradılacaq"

2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı tarixi hadisə və tarixi nailiyyətdir. Azərbaycan son 12 il ərzində böyük, şərəfli inkişaf yol keçmişdir. Bu illər ərzində Azərbaycan bütün sahələr üzrə analoqsuz inkişaf yoluna qədəm qoymuş və dünya dövlətləri içərisində söz sahibinə çevrilmişdir. Əldə olunan siyasi-iqtisadi güc Azərbaycanın gələcək inkişafını təmin etmiş və ölkəmiz qarşısında yeni perspektivlər açmışdır. Son 12 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artmışdır. Qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi 70 faizə çatmışdır. Son illər qeyri-neft iqtisadiyyatında, xüsusilə qeyri-neft sənayesində sürətli inkişaf müşahidə olunur. Ölkədə böyük infrastruktur layihələri həyata keçirilmiş, sosial və iqtisadi infrastruktur ən yüksək standartlara uyğunlaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün yaşayış məntəqələrinin siması dəyişmiş, əhalinin rifah halı yüksəlmiş, bölgələrdə müasir sosial və iqtisadi infrastruktur formalaşdırlmışdır. Əhalinin təbii qaz, elektrik enerjisi və su təchizatı da daxil olmaqla, kommunal sahədə bütün problemləri həll edilmişdir. Azərbaycanda işsizlik və yoxsulluq son illər ərzində beş faizə düşmüşdür. Maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artmışdır. 1 milyon 500 min iş yeri yaradılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. 89 köçkün qəsəbəsi tikilmiş, 225 min insan yeni mənzillərə köçürülmüş, ölkə üzrə bütün çadır şəhərcikləri ləğv olunmuşdur. Azərbaycana 200 milyard dollar həcmində xarici sərmayə qoyulmuşdur ki, bunun da 100 milyardı xarici sərmayədir. Sahibkarlara 1,7 milyard manat güzəştli kredit verilmişdir. Azərbaycanda 70 mindən çox müəssisə yaradılmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilib, Bakı-Tbilisi-Qars, İran və Azərbaycan Astarası arasında dəmir yolu layihəsi bu il başa çatır. Ölkədə 25 elektrik stansiyası tikilmişdir. 6 yeni hava limanı, nəhəng ticarət limanı tikilib istifadəyə verilmişdir. Azərbaycan üzrə qazlaşma 90 faizə çatmış, sovet dövründə qaz üzü görməyən ucqar yaşayış məntəqələrinə də qaz çəkilmişdir. 12 min km yol çəkilib. 3 min məktəb, yüzlərlə səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur. Azərbaycanın idman infrastrukturu müasir standartlara uyğunlaşdırılmış, əlavə beynəlxalq səviyyəli idman qurğuları, 50-yə yaxın Olimpiya idman kompleksi tikilmişdir. Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilmiş, iki peykimiz orbitə buraxılmışdır. Turizm potensialı inkişaf etdirilmiş, yeni beynəlxalq səviyyəli istirahət mərkəzləri yaradılmış, dünyanın ən müasir otel brendləri Azərbaycana gəlmiş, 300 mehmanxana inşa olunmuşdur. Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır.

2016-cı ildə də Azərbaycan iqtisadiyyatı inkişaf edəcəkdir. Bir müddət bundan öncə, Azərbaycanda maaşlar və pensiyaların artırılması da yürüdülən sosial siyasətin nəticəsidir. Dünyada yaşanan böhrana baxmayaraq, Azərbaycan 2016-cı ildə də qarşısına böyük hədəflər qoymuşdur. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Heç bir sosial proqram ixtisar edilməyəcək, daha da geniş şəkildə icra ediləcək. Bu il icra ediləcək layihələr imkan verəcək ki, 2016-cı ildə də ölkə iqtisadiyyatı inkişaf etsin, yeni iş yerləri və sənaye müəssisələri yaradılsın. Azərbaycan uzun illərdir ki, dinlərarası və sivilizasiyalararası dialoqun güclənməsində öz rolunu oynayır. Təsadüfi deyil ki, bu il Bakıda BMT-nin himayəsi altında Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcəkdir.

Samir

Digər xəbərlər