Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar ayında Supsa limanından (Qara dəniz, Gürcüstan) 254 048 ton xam neft ixrac edib. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu göstərici 2015-ci ilin yanvar ayından 0,02% azdır.Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...