Bu ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 288 590 ton Azərbaycan nefti nəql olunub. Bu barədəSİA-ya SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, bu göstərici ötən ilin yanvarından 7% azdır: "Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il) 2016-cı il fevralın 1-nə qədər BTC-yə 294 963 979 ton neft vurulub. Bundan başqa, bu ilin yanvar ayında BTC kəməri ilə 358 533 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub".Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədədir. Hazırda BTC boru kəməri ilə Azərbaycandan əsasən AÇG nefti və "Şahdəniz" kondensatı daşınır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur."BTC Co."nun səhmdarları isə BP (30,10%), AzBTC (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "İtochu" (3,40%), "Inpex" (2,50%), CİECO (2,50%) və ONGC (2,36%) şirkətləridir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...