"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Hacıqabul rayonunda əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün yenidənqurma işləri həyata keçirir.AZƏRTAC xəbər verir ki, bu məqsədlə müasir tələblərə cavab verən SİP kabellər çəkilir, istismar müddəti başa çatan transformator və elektrik dirəkləri yeniləri ilə əvəz olunur. Baş mühəndis Sahib Əliyevin dediyinə görə, ötən il köhnə transformator yarımstansiyaların yerinə 19 ədəd müxtəlif gücdə müasir tipli komplekt transformator məntəqələr (KTM) quraşdırılıb, kəndlərə 10-6 kilovatlıq ən müasir SİP kabellər çəkilib. Hazırda rayonun Atbulaq, Nəvai və Muğan qəsəbələrində yenidənqurma işləri tamamlanmaq üzrədir.Ümumilikdə ötən il rayonda 35 kilovatlıq hava xətti üçün 154,10 kilovatlıq xətt üçün 211 beton və 1161 ədəd metal dayaq quraşdırılıb. Rayonda enerji təchizatı sisteminin yenilənməsi prosesi bu il də davam etdirilir.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...