Bununla bağlı yeni mexanizm hazırlanır
Dövlət başçısı İlham Əliyevin yürütdüyü yeni iqtisadi siyasətin prioritet istiqamətlərindən biri sahibkarların,fermerlərin dəstəkəlnəməsidir. Təbii ki, bu dəstək müxtəlif formada özünü göstərir. Onlardan biri dövlət satınalmalarıdır. Bununla bağlı yeni mexanizm hazırlanır. Fermerlər demək olar ki, hər il bənzər məsələlərlə qarşılaşırlar. İstehsal etdikləri məhsulu sata bilmədiklərindən növbəti il üçün eyni məhsulu əkib-becərmək üçün fermerlərin marağı olmur.
Belə halların qarşısını almaq üçün yeni mexanizm hazırlanır. Dövlət başçısının elan etdiyini yeni islahat konsepsiyasının əsas istiqamətlərindən biri dövlət satınalmaları yolu ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarını stimullaşdırmaqdır.
Sistemin mahiyyəti odur ki, fermerlərə hətta bir il əvvəldən dövlət öz sifarişlərini verəcək. Dövlət-büdcə təşkilatları, müxtəlif qurumlar alıcı qismində çıxış edəcəklər.
Bu metodun aqrar sektorda yeni bazar münasibətlərinin formalaşmasına şərait yaradacağı bildirilir.
Bu zaman həmin məhsulun hansı qiymətə alınması da mühüm rol oynayır. Fermerlərin məhsullarını sata bilməmələrinin əsas səbəbi məhsul üçün qəbul məntəqələrində aşağı qiymət təklif edilməsidir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...