PDF Oxu

İqtisadiyyat

  • 49

Cəlilabadda satış-yarmarka təşkil olunub

Cəlilabadda satış-yarmarka təşkil olunub

Cəlilabadda süni qiymət artımının qarşısının alınması məqsədilə Heydər Əliyev Seyrangahının qarşısında ərzaq və kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkası təşkil olunub.AZƏRTAC xəbər verir ki, yarmarkada alıcılara 40 tondan çox müxtəlif növ yerli ərzaq və kənd təsərrüfatı məhsulları təklif olunub. Satışa çıxarılan un, düyü, şirniyyat, meyvə, yumurta, ət, balıq, quş əti, süd və sair məhsullar bazar qiymətlərindən 20-30 faiz aşağı satılıb.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yarmarkaya gələrək satılan məhsulların keyfiyyəti və qiyməti ilə maraqlanıb.Rayon sakinləri yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

AZƏRTAC

Digər xəbərlər