Avropanın 2016-cı il üçün Gənclər paytaxtı seçilən Gəncə şəhərində hazırda həmin layihəyə dəstək məqsədilə 60 min kvadratmetr ərazidə yeni park salınır.AZƏRTAC xəbər verir ki, "Avropa Gənclər Paytaxtı" adını daşıyacaq parkın mərkəzində 5 metr hündürlüyündə "Gəncliyin qanadları" adlı rəmzi xatirə abidəsi ucaldılıb.Görülən işlər çərçivəsində parka suvarma şəbəkəsi çəkilib, öt örtüyü salınıb. İşıq dirəkləri və oturacaqların quraşdırılması, müxtəlif ağac, dekorativ çiçək və gül kollarının əkilməsi isə davam etdirilir. Sakinlərin, xüsusilə də gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün salınan istirahət məkanı sayca Gəncənin 25-ci parkı olacaq.Qeyd edək ki, Gəncə şəhəri 2013-cü ildə seçim mərhələsində Avropanın 15 şəhərini geridə qoyaraq, "Avropa Gənclər Paytaxtı" adına layiq görülüb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...