"Günəşli" yatağındakı 19 nömrəli dərin dəniz özülündə 37 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2 945-2 941 metr intervaldan sutkalıq 85 ton neft və 11 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...