Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Hindistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə "Make in İndia" adlı tədbir keçirilir. SİA-nın verdiyi xəbərə görə, tədbir öncəsi jurnalistlərə açıqlama verən Hindistanın Azərbaycandakı səfiri Sanjay Sanan bildirib ki, bu tədbir Azərbaycan-Hindistan əlaqələrinin inkişafına öz töhfəsini verəcək: "Bu kimi tədbirlər iki ölkə arasında şirkətlərin qarşılıqlı investisiya qoyulmasını təşviq edir. Hazırda belə bir tədbir Mumbaidə də keçirilir. Orada 60 ölkədən 5 min nümayəndə iştirak edir. Biz öz məhsullarımızı Azərbaycana təqdim edirik. Kənd təsərrüfatı, əczaçılıq, kommunikasiya sahələrində qarşılıqlı əməkdaşlıqda maraqlıyıq. Ticarət dövriyyəmiz 800 milyon dollardır. Biz bunu artırmalıyıq. Rusiya, İran, Hindistan və Azərbaycanın qoşulduğu Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması ilə əlaqələrimiz daha da inkişaf edəcək".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...