PDF Oxu

İqtisadiyyat

  • 44

Nazirlikdə Apelyasiya Şurası yaradıldı

Nazirlikdə Apelyasiya Şurası yaradıldı

"Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 762 nömrəli Fərmanına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyində Apelyasiya Şurası və Şuranın Katibliyi yaradılıb.Nazirlikdən SİA-ya verilən məlumata görə, kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılmasında şəffaflığın və obyektivliyin təmin edilməsi, habelə sahibkarların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Apelyasiya Şurasına kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev sədr təyin edilib.Qeyd edək ki, altı nəfərdən ibarət olan Şuranın tərkibinə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul vəzifəli əməkdaşları, katibliyə isə Nazirliyin məsul əməkdaşları daxildir.

sia.az

Digər xəbərlər