PDF Oxu

İqtisadiyyat

  • 140

AYİB prezidenti: “Azərbaycanda aparılan islahatları dəstəkləyirik”

AYİB prezidenti: “Azərbaycanda aparılan islahatları dəstəkləyirik”

Londona səfəri çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti ilə görüşərək əlaqələrin genişləndirilməsi perspektlərini müzakirə edib.SİA-nın verdiyi xəbərə görə, görüşdə AYİB prezidenti Bankın Azərbaycandakı islahatları dəstəklədiyini vurğulayıb: "Biz Azərbaycanda aparılan islahatları dəstəkləyirik, atılan addımlar çox əhəmiyyətli və müsbətdir".Bu ilin iyun ayında ölkəmizə səfərə gələcəyini bildirən AYİB prezidenti Bankın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev 2016-cı ilin may ayında Londonda keçiriləcək AYİB-in növbəti illik toplantısı çərçivəsində investorlara Azərbaycanın ölkə təqdimatının keçiriləcəyini bildirib.AYİB prezidenti Suma Çakrabarti bu sahədə Azərbaycana hər cür dəstək göstəriləcəyini vurğulayıb.

sia.az

Digər xəbərlər