PDF Oxu

İqtisadiyyat

  • 65

Nəhəng enerji şirkətləri birləşdi

Nəhəng enerji şirkətləri birləşdi

İngiltərənin neft-qaz axtarış şirkəti "BG Group" fevralın 15-dən etibarən dünyanın ən böyük enerji şirkətlərindən biri olan "Royal Dutch Shell"in tərkibinə qoşulub. SİA-nın məlumatına görə, bu barədə məlumat "Shell"in saytında yer alıb. Bildirilir ki, bu birləşmə daha rəqabətqabiliyyətli bir şirkətin yaradılması ilə iki dünya səviyyəli müəssisəni bir araya gətirir.Qeyd edək ki, "Royal Dutch Shell" keçən il "BG Group"u təxminən 47 milyard funt sterlinqə (70 milyard dollar) satın almışdı. Bu razılaşmadan sonra şirkətin ümumi dəyəri 200 milyard funt sterlinqə (296 milyard dollara) çatmışdı. Enerji bazarlarında "Shell"in "BG Group"u satın alması ötən ilin ən böyük şirkət alğı-satqı müqaviləsi kimi qəbul edilmişdi.1997-ci ildə İngiltərədə yaradılan "BG Group" ölkənin ən böyük üçüncü enerji şirkətidir və 24 ölkədə fəaliyyət göstərir.

sia.az

Digər xəbərlər