PDF Oxu

İqtisadiyyat

  • 572

“Subsidiyalaşmanın şəffaf mexanizmləri formalaşdırılmalıdır” İqtisadçı

“Subsidiyalaşmanın şəffaf mexanizmləri formalaşdırılmalıdır” İqtisadçı

"Hökumətin gündəliyindəki son iki təklif diqqətimi çəkdi. Biri pozitiv, digəri neqativ mənada. Bu da əslində ondan xəbər verir ki, fərqli qurumların islahatlara fərqli yanaşmaları var. Pozitivdən başlayaq. Maliyyə Nazirliyi axır ki, uzun müddətdir gündəmdə saxladığımız təklif əsasında ixrac subsidiyası mexanizminin tətbiqi ilə bağlı Nazirlər Kabinetinə layihə təqdim edib. Layihəyə əsasən, ixrac ilə məşğul olanlar büdcədən subsidiya alacaqlar". Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ixrac edilən malın dəyərinin 3, bəzi hallarda isə 5 faizi məbləğində subsidiya veriləcək: "Təbii ki, bu zaman ixrac olunan məhsulun xammalının ən azı 50 faizin yerli mənbələrdən alınması, qeyri-neft sektorunda fəaliyyət göstərməsi, ödənişi bank vasitəsi ilə alması kimi şərtlər də olacaq. Bunlar da düşünürəm ki, əslində vacib şərtlərdir. Bütövlükdə, belə subsidiya ixracın stimullaşdırılması baxımdan əhəmiyyətlidir. Bu müsbət təklif idi və subsidiyalaşmanın şəffaf mexanizmlərinin formalaşdırılması da olduqca vacibdir. Çünku şəffaf mexanizmlər ilə subsidiyalaşma səmərəli ola bilər. Ümid edirik ki, yaxın zamanlarda qəbul ediləcək".

İqisadçı bildirib ki, digər xəbər isə anti-dempinq tədbirləri ilə bağlıdır: "İstehlak etdiyimiz malların 80 faizindən çoxunu xaricdən gətirdiyimiz bir zamanda anti-dempinq tədbirlərinin həyata keçirilməsi müzakirə edilir: "İnkişaf etmiş ölkələrdə belə tədbirlərin məqsədi idxal olunan mallara yüksək vergi və rüsum tətbiq etməklə daxili istehsalı qorumaqdır. Amma razılaşaq ki, əvvəlcə daxili istehsalı formalaşdırmalıyıq sonra onu qorumaq haqqında düşünməliyik. Əgər çox az sayda məhsullar üzrə yerli istehsal hesabına tələbatı ödəyiriksə o zaman anti-dempinqlə nəyi qoruyacayıq? Əksinə bu addımın atılması istehlak bazarında qiymətləri yüksəldəcək və idxail ilə məşğul olan iş adamların bir qisminin bazardan sıxışdırılıb çıxarılmasına səbəb olacaq. İdxaldan asıllıq inzibatı metodlar ilə deyil, bazar tərəfindən aradan qaldırılmalıdır. Yüksək vergilər ilə xarici istehsal mallarının ölkəyə buraxılmaması heç də idxaldan asıllığın aradan qaldırılması anlamına gəlməməlidir. İdxal mallarının qarşısını vergilərin artırılması deyil, yerli istehsalın inkişafı hesabına mümkündür".

V.Bayramov əlavə edib ki, bütövlükdə, "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsinə redaktə edilməsi və anti-dempinq tədbirlərinin tətbiqinin təxirə salınması məqsədə uyğundur: "Əks halda, o yerli istehsalın inkişafını deyil, qiymət artımlarını stimullaşdıracaq. Bu zaman idxal olunan məhsullar üzrə qiymət artımları müşahidə ediləcək. Nəticədə, anti-dempinq tədbirləri daxili bazarı qorumaq əvəzinə bizlərin daha bahalı məhsullar almasına səbəb olacaq. Buna görə də, ant-depminq siyasətinin indi deyil, yalnız yerli istehsal formalaşdırıldıqdan sonra həyata keçirilməsi mümkündür. Beləliklə, fərqli nəticələrə hesablanan iki fərqli təklif. Ümid edək ki, birincinin qısa zamanda qəbulu, ikincinin isə redaktəsi həyata keçiriləcək".

sia.az

Digər xəbərlər