PDF Oxu

İqtisadiyyat

  • 66

Sue Vitbread: “Britaniya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır”

Sue Vitbread: “Britaniya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır”

"Ölkələrimiz arasında neft-qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə bu ilin aprelində Britaniyanın neft-qaz maşınqayırması sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycana səfəri planlaşdırılır".SİA xəbər verir ki, bu barədə Londonda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında çıxış edən Britaniyanın Ticarət və İnvestisiya Departamentinin rəsmisi xanım Sue Vitbread bildirib. O, həmçinin 2015-ci ilin oktyabrında Bakıda Böyük Britaniya-Azərbaycan Əməkdaşlıq Forumunun keçirildiyini də xatırladıb.İclasa həmsədrlik edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev nümayəndə heyətinə iqtisadiyyatın digər sahələri üzrə fəaliyyət göstərən iş adamlarının da cəlb olunmasını təklif edib, Britaniya tərəfi təklifi razılıqla qarşılayıb.

sia.az

Digər xəbərlər