Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. Məlumata görə, dünya bazarlarında "Brent" markalı neft 2 dollara qədər ucuzlaşaraq 32.63 dollara geriləyib.
"WTI" markalı neftin qiymətində də 2 dollara yaxın ucuzlaşma olub. Dünən səhər 30.90 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 29.33 dollar təşkil edir.
Digər neftlərin əksinə Azərbaycan neftində bahalaşma olub. Ötən gün "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti 0,94 dollar bahalaşaraq 34,08 dollara çatıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...