"Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft hasilatının dondurulması barədə razılaşma qarşıdakı müddətdə neft bazarında canlanmaya səbəb ola bilər". Bunu SİA-ya iqtisadç-ekspert Nicat Hacızadə deyib.Onun sözlərinə görə, hər iki tərəfin məqsədi neft bazarında durğunluğun aradan qaldırılması kimi ifadə olunur: "Burada bir məsələ də var ki, Səudiyyə və Rusiya müttəfiq və qonşu ölkələrdən də hasilatın dondurulması aksiyasına qoşulsun. İran və İraqın qoşulmayacağı mütləqdir. OPEC ölkələri arasında isə məsələyə necə münasibət göstəriləcəyi sual altındadır. Məsələ bundan ibarətdir ki, təkcə Rusiya ilə Səudiyyənin hasilatı dondurması ilə qiymət düşmür. Müvəqqəti mümkündür ki, qiymət qalxsın. Amma bazara yeni oyunçular daxil olub və təklifin aşağı düşməsini müəyyən dərəcədə ləngidəcəklər.Burada əsas maraqlı faktlar Suriya müharibəsində əks cəbhələrdə yer alan şəxslərin ilkin razılıq əldə etməsidir. Amma burada hər iki tərəf öz dondurmaları ilə dayanmayacaq, digər ölkələridə bu dondurma aksiyasına qoşulmaq üçün psixoloji təsir edəcəklər".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...