"Akkord" korporasiyası ilə Omanın məşhur "Shanfari Group of Companies" şirkəti arasında imzalanmış Anlaşma Memorandumunun nəticəsi olaraq Oman Sultanlığında iki müştərək şirkət yaradılıb."Akkord"un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda bu şirkətlər tərəfindən Omanın Maskat və Daqm şəhərlərində ümumi sahəsi 200 min kvadratmetr olan bir biznes mərkəzi və sahəsi 250 min kvadratmetr təşkil edən VİP yaşayış şəhərciyinin layihələndirilməsi üzrə birgə işlər aparılır.Layihələndirilmə işləri bitdikdən sonra cari ilin mart ayında hər iki layihə üzrə tikinti işlərinə başlanılacaq.Əsası 1960-cı ildə Omanda qoyulan "Shanfari" Şirkətlər Qrupu ölkənin mühüm infrastruktur, turizm, metal sənayesi üzrə layihələrini həyata keçirən ən dinamik şirkətlər qruplarından biri hesab edilir. Şirkət əsasən istehsalat, inşaat, beton qarışığı və aqreqatlar, nəqliyyat, neft və qaz xidmətləri, daşınmaz əmlak, avtomatlaşdırma, otel xidməti, təmir-tikinti və digər sahələr üzrə fəaliyyət göstərir.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...