Vüqar Bayramlı: "Yerli istehsala tələbatın artması fonunda ölkədən valyuta axınının qarşısı alınacaq"
Məlum olduğu kimi, bu günlərdə ölkə Prezidenti bir sıra fərmanlar imzalayıb. Bu fərmanlardan biri də "Dövlət satınalınmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə bağlıdır. İqtisadçı-ekspert Vüqar Bayramlı "SƏS" qəzetinə açıqlamasında sözügedən qanuna edilən dəyişikliklərin ciddi addım olduğunu vurğulayıb: "Ölkə Prezidenti son müşavirələrdə yerli məhsulların istehsalının dəstəklənməsinin və eləcə də, idxaldan asılılığın aradan qaldırıması ilə bağlı xüsusi tapşırıqlardan sonra artıq qanunvericilikdə həm ixracatın stimullaşdırılması, yerli istehsalın dəstəklənməsi ilə əlaqədar addımlar atılmaqdadır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Dövlət satınalınmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsində əsas məqsəd, bilavasitə yerli istehsalı dəstəkləməkdən ibarətdir. Bu isə yerli məhsullara tələbatı artıracaq, çünki xarici məhsullarla tenderə gedən şirkətlərin xərci yüksək olduğu üçün artıq onlar da yerli məhsullardan istifadə etməyə daha maraqlı olacaqlar. Bütövlükdə, bu qanuna edilən dəyişikliklər yerli istehsalı dəstəkləməklə həm sahibkarların, eləcə də fermerlərin fəaliyyətinin genişləndirilməsinə, daha dəqiq desək, sifarişlər daha çox yerli sahibkarlara və fermerlərə veriləcək. Bu da yerli istehsalın genişləndirilməsi fonunda daxili bazara təsir göstərəcək. Nəticədə, daha çox sifariş alan sahibkarlar və fermerlər vacib olan sahəni genişləndirməyə də nail olacaqlar. Ən əsası isə, yerli istehsala tələbatın artması fonunda ölkədən valyuta axınının qarşısı alınacaq. Ölkədə valyuta axınının qarşısının alınması isə, təbii ki, valyuta bolluğu və milli valyutaya təzyiqin azaldılması baxımından vacibdir. Beləliklə də, ölkə Prezidentinin son Fərmanı imkan verəcək ki, yerli istehsalı dəstəkləmək mümkün olsun və nəticədə, sahibkarlar və fermer təsərrüfatlarının maliyyə imkanları genişləndirilsin, idxaldan asılı qaldırılma ölkədaxili valyutanın daha çox qalmasına nail olunsun.
Bu baxımdan, ölkə Prezidentinin son Fərmanı yerli istehsalın dəstəklənməsi və idxaldan asıllığın aradan qaldırılması baxımından ciddi bir addım kimi qiymətləndirilir".
R.KAMALQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...