PDF Oxu

İqtisadiyyat

  • 61

Qlobal Biznes Forumda Azərbaycan iqtisadiyyatının təqdimatı keçirildi

Qlobal Biznes Forumda Azərbaycan iqtisadiyyatının təqdimatı keçirildi

Azərbaycan Fars körfəzi regionunun MDB dövlətləri ilə ticarət əlaqələrində iqtisadi mərkəz rolunu oynayır. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının güclənməsi Yaxın Şərq ölkələri üçün də önəm kəsb edir. SİA xəbər verir ki, bu fikirlər Dubay Əmirliyində keçirilən Qlobal Biznes Forumda səsləndirilib.Dubay Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan da təmsil olunur. Beynəlxalq ticarətdə yeni iqtisadi mexanizmlərin işlənməsi və tətbiqinə həsr edilmiş forumda neft və qaz ixracatçısı olan ölkələrin dövlət rəsmiləri və 400-ə yaxın iş adamı iştirak edir. İqtisadçılar regional və beynəlxalq ticarətdə yeni gəlir mənbələri, maliyyə potensialı və biznes mühiti məsələlərini müzakirə edirlər.Qlobal biznes forumun açılış mərasimində çıxış edən Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Gurair neft ixrac edən ölkələr üçün iqtisadi müstəvidə yeni dövrün başlandığını bildirib, rəhbərlik etdiyi qurumun beynəlxalq fəaliyyətindən danışıb. Qeyd edib ki, Dubay Əmirliyinin dünyanın müxtəlif regionları ilə ortaq biznes layihələri var. Azərbaycan isə MDB ölkələri ilə ticarət əlaqələrində iqtisadi mərkəz rolunu oynayır. Dubay Ticarət və Sənaye Palatasının MDB üzrə çalışan nümayəndəliyi də məhz Bakıda yerləşir.Sonra Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev təqdimatla çıxış edib. O, dünya bazarında müşahidə olunan böhranın mənfi təsirlərinə qarşı Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verib. Ölkəmizdə investisiya qoyuluşu üçün əlverişli biznes mühiti var deyən Sahil Babayev, eyni zamanda, sənaye və kənd təsərrüfatı sahələrində Azərbaycanın ixrac potensialının artırılması üçün önəmli işlər görüldüyünü də diqqətə çatdırıb. Tranzit daşınmalarda Azərbaycanın strateji coğrafi mövqeyi, turizm potensialı və İKT sahəsində əldə olunan uğurlar da təqdimatda əksini tapıb.Qlobal Biznes Forum çərçivəsində şirkətlərarası görüşlərin təşkili, marketinq işində təcrübə mübadilələri və yeni əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulur.

sia.az

Digər xəbərlər