PDF Oxu

İqtisadiyyat

  • 79

Vahid Əhmədov: "Suvarma sistemi ilə əlaqədar xüsusi proqram hazırlanmalıdır"

Vahid Əhmədov: "Suvarma sistemi ilə əlaqədar xüsusi proqram hazırlanmalıdır"

"Kənd təsərrüfatının inkişafı üçün suvarma sistemi ilə əlaqədar xüsusi proqram hazırlanmalıdır. Yoxsa kənd təsərrüfatını inkişaf etdirə bilməyəcəyik". SİA-nın məlumatına görə, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.O qeyd edib ki, eyni zamanda kiçik və orta sahibkarlığın inkişafı üçün problemlər aradan qaldırılmalıdır: "Düzdür, bununla bağlı işlər görülür. Lakin bu işləri daha da yaxşılaşdırmaq olar".Deputat ipoteka kreditlərinə diqqət çəkib: "İpoteka kreditləri üçün 2016- ci ilin büdcəsində 50 milyon manat vəsait nəzərdə tutulmuşdu. Cənab Prezident isə ipotekanın məbləğinin daha 200 milyon manat artırılması ilə bağlı göstəriş vermişdi. Hökumət bununla bağlı qərar verməlidir".

sia.az

Digər xəbərlər