Neftçalanın yaşayış məntəqələrinin qazlaşdırılması layihəsi çərçivəsində Yuxarı Qaramanlı kəndinə "mavi yanacaq" verilib.AZƏRTAC xəbər verir ki, 430 abonenti olan kəndin qazlaşdırlması üçün birpilləli sistem əsasında 3,7 kilometr uzunluğunda polietilen və 30,6 kilometr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.Kəndə "mavi yanacağ"ın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Nəriman Xəlilov dövlətin regionlara qayğısı və bu istiqamətdə görülən işləri diqqətə çatdırıb. Qeyd edilib ki, ötən il "Azəriqaz" İstehsalat Birliyi tərəfindən rayonun 13 kəndi təbii qazla təmin olunub. Hazırda 8 yaşayış məntəqəsinin qazlaşdırılması istiqamətində işlər sürətlə davam etdirilir.Mərasimdə çıxış edən kənd sakinləri sosial problemlərinin həllinə göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...